ABŞ banklara öz kriptovalyutalarını buraxmağa icazə verdi | Banco.az

ABŞ banklara öz kriptovalyutalarını buraxmağa icazə verdi

ABŞ-ın maliyyə tənzimləyicisi olan Maliyyə Nazirliyinin Valyuta Nəzarəti İdarəsi (OCC) ABŞ-da fəaliyyət göstərən banklara və federal əmanət assosasiyalarına blockchain texnologiyasından istifadə edərək öz rəqəmsal valyutalarını buraxmağı icazə verdi. OCC (The Office of the Comptroller of the Currency) bununla bağlı rəsmi məlumatı yanvarın 4-ü dərc etdi. Bu o deməkdir ki, banklar artıq ödəniş məlumatlarını saxlamaq, yoxlamaq və təsdiqləmək üçün publik blockchain-dən istifadə edə bilərlər. Bununla da banklar müştərilərinin maraqlarına uyğun olaraq ödəmə əməliyyatlarını həyata keçirmək üçün stablecoin buraxmaq və onu fiat valyutaya mübadilə etmək imkanı əldə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram