Bir vaxt bazar dəyərinə görə dünyanın ən böyük 2-ci, hazırda isə aktivlərinə görə ABŞ-ın 3-cü böyük bankı olan "Wells Fargo" (Uels Fargo) gələcək 3 il ərzində 26 min 500 nəfəri işdən çıxaracağını açıqlayıb.
Uels Fargonun İcraçı direktoru Tim Sloan, qərara səbəblər kimi müştərilərin dəyişən seçimlərini və rəqəmsal banka adaptasiyanı əsas göstərib. 26 min 500 nəfərlik ixtisar Uels Fargonun 265 min nəfər civarındki işçi qüvvəsinin 10%-ə bərabr gəlir.
Uels Fargo, 2020-ci ilə qədər 800 şöbəsini bağlayacaq.
Bankın bu qərarına son 2 ildə baş verən bəzi qalmaqalların da səbəb olduğu bildirilir. Uels Fargonun bir müddət əvvəl müştərilərinin icazəsi olmadan minlərlə hiləli əmanət hesabı açdığı ortaya çıxmışdı.
marja.az