May ayının 26-da Nyu-Yorkun "Harvard Club"unda I ABŞ-Azərbayacan bank və maliyyə forumu keçiriləcək.
3 sessiyalı forum ikitərəfli görüş və qəbullarla müşayiət olunacaq. Forumun əsas məqsədi Amerika maliyyə institutları və digər şirkətləri Azərbaycanın maliyyə sahəsindəki investisiya imkanları ilə tanış etməkdir. Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi tədbirin digər mühüm məqsədi də Azərbaycan banklarının ABŞ-da investisiya imkanlarının müəyyənləşdirilməsidir.
"Biz ABŞ və Azərbaycan bankları arasında əməkdaşlığı yeni səviyyədə görmək istəyirik", - deyən "PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib ki, bu yalnız ABŞ-Azərbaycan arasında deyil, bütün regionda iqtisadi münasibətlərin genişləndirilməsinə kömək edəcək.
report.az