Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ 2024-cü ildə Avropa ölkələrinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarük həcmini əhəmiyyətli dərəcədə azaldıb.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-nin Avropa ölkələrinə LNG ixracı son üç ilin ən aşağı səviyyəsinə düşüb.
Avropaya tədarük edilən Amerika qazının ümumi dəyəri 12,73 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 26% azdır. ABŞ-dən Avropaya bu qədər aşağı LNG satış həcmi sonuncu dəfə 2021-ci ildə müşahidə edilib.
Avropada Amerika qazının əsas alıcıları 3,24 milyard dollar məbləğində mayeləşdirilmiş təbii qaz alan Niderland və 2,24 milyard dollarlıq idxalla Fransa olub. Ənənəvi olaraq, ən böyük idxalçılar siyahısına Almaniya, İspaniya, İtaliya, həmçinin Şərqi və Cənubi Avropanın bir sıra ölkələri daxildir.