Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ, Albaniya və Yunanıstan arasında enerji müqaviləsi imzalanıb.
Banco.az xəbər verir ki, ABŞ, Albaniya və Yunanıstan arasında enerji sahəsində razılaşmalar imzalanıb.
Albaniya hökumətinin açıqlamasına görə, ölkənin cənubunda yerləşən Avlona şəhərində enerji mərkəzinin inkişafına dair anlaşma memorandumu, eləcə də mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə yönəlmiş çərçivə sazişi imzalanıb.
İmzalama mərasimində Albaniyanın Baş naziri Edi Rama, Albaniyanın Energetika və İnfrastruktur naziri Enea Karakaçi, ABŞ-nin Afinadakı səfiri Kimberli Guilfoyle və digər rəsmilər iştirak ediblər.
Razılaşmalar “ABŞ ilə sıx əməkdaşlıq və qonşu Yunanıstanla konkret qarşılıqlı fəaliyyət çərçivəsində enerji mənbələrinin şaxələndirilməsi və enerji müstəqilliyinin gücləndirilməsi istiqamətində mühüm addım” kimi qiymətləndirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
