Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ administrasiyasının sentyabr ayında İranla əldə etdiyi razılaşmadan sonra 50-yə yaxın İran vətəndaşı deportasiya edilib.
Banco.az xəbər verir ki, bu barədə məlumatı “New York Times” qəzeti yayıb.
Məlumata görə, Arizona ştatının Mesa şəhərindən havaya qalxan və Misir ilə Küveytdə dayanacaq edən təyyarədə ərəb ölkələri və Rusiyadan deportasiya edilən şəxslərlə yanaşı, çoxsaylı iranlı da olub. Bildirilir ki, həmin şəxslər ABŞ-a cənub sərhədindən daxil olub, aylarla təcridxanalarda saxlanılıb və sığınacaq müraciətləri rədd edilib.
İran rəsmilərindən birinin iddiasına görə, təyyarə Qahirədə ərəb və rusiyalı sərnişinləri endirəcək, iranlılar isə Küveytə gedərək oradan çarter reysi ilə Tehrana göndəriləcək.
NYT-in sentyabrın 30-da yaydığı məlumatda ABŞ-ın razılaşmadan sonra ümumilikdə 100-ə yaxın iranlını ölkələrinə geri yolladığı qeyd edilirdi.
