Evraz dividentləri ödədikdən sonra, Roman Abramoviçin sərvətinin miqdarı $124,7 mln dollar (vergilər çıxılmaqla) artacaq, bu haqda Banco.az portalı Forbes.ruya istinadən bildirir.
Şirkətin dərc etdiyi açıqlamaya əsasən, direktorlar şurası dividentlərin ödənməsinə $429,6 mln ayırmağa (vergilərə qədər) qərar verib. Açıqlamada deyilir ki, bu qərar şirkətin dayanıqlı maliyyə vəziyyəti və yaxşı perspektivləri ilə bağlıdır. Buna qədər şirkət bir neçə ildir ki, divident ödəməyib.
Amramoviç, metalurgiya nəhənginin səhm paketinə sahib olan yeganə milyarder deyil. Biznesmenin partnyorları Aleksandr Abramov və Aleksandr Frolov – dividentlərin ödənişindən sonra müvafiq olaraq, $86 mln və $42,9 mln dollar qazanacaq. Forbesin daha iki milyarderi - Qennadiy Kozovom və Aleksandr Vaqin dividentlərin ödənişindən müvafiq olaraq, $23,7 mln və $23,5 mln qazanacaq. Abramoviçin dostu, Yevgeniy Şneyder isə səhmdarlar arasında yeganə əcnəbidir, onun qazancı 12,4 mln dollar olacaq.