ABB Samsunda keçirilən TEKNOFEST-ə də dəstək verir | Banco.az

ABB Samsunda keçirilən TEKNOFEST-ə də dəstək verir

Bu gün Türkiyənin Samsun şəhərində TEKNOFEST Aerokosmik və Texnologiya Festivalına start verilir. Festival çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABB-nin maliyyə tərəfdaşlığı ilə Türkiyədə yaşayan vətəndaşlarımıza xidmət göstəriləcək. İlk dəfə olaraq Azərbaycan vətəndaşları ölkə xaricində də bir sıra dövlət xidmətlərini Səyyar ASAN xidmət avtobusu vasitəsilə əldə edə biləcəklər. Xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq TEKNOFEST ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.

Eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları https://seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özlərinə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər. TEKNOFEST sentyabrın 4-ə qədər davam edəcək.

TEKNOFEST 2018-ci ildən keçirilir. Festivalın məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Bu ilin mayında ilk dəfə olaraq Azərbaycan da TEKNOFEST-ə ev sahibliyi edib.

Ən sərfəli kredit üçün müraciət et

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et