ABB Şamaxı filialı və “Azəriqaz” şöbəsini də yenilədi | Banco.az

ABB Şamaxı filialı və “Azəriqaz” şöbəsini də yenilədi

ABB-nin xidmət ofislərinin Bankın yeni inkişaf konseptinə uyğun qurulması davam etdirilir. Bankın Şamaxı filialı və “Azəriqaz” şöbəsi də yeni konseptdə müştərilərin istifadəsinə verilib. Şamaxı filialı Şamaxı şəhəri, Heydər Əliyev prospekti - 51 ünvanında, yeni inşa edilmiş binada xidmət göstərir. “Azəriqaz” şöbəsi isə Bakı şəhəri, Yusif Səfərov küçəsi – 23 ünvanında fəaliyyətdədir.

Şamaxı filialı və “Azəriqaz” şöbəsində müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Xidmət ofislərinin profilindən asılı olaraq fərdi və korporativ müştərilər müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib: “ABB xidmət ofislərini yeni brend kimliyinə uyğunlaşdırmaqla, müştərilərə daha rahat və əlçatan bank məhsulları və xidmətləri təklif etməyə çalışır. Bu istiqamətdə apardığımız fəaliyyət ilk növbədə üst səviyyədə müştəri məmnuniyyətinə nail olmağı və təmsil olunduğumuz yerlərin inkişafına töhfə verməyi hədəfləyir. Bu il ərzində yenilənmiş konsepsiyaya uyğun daha bir neçə filialımızın müştərilərin istifadəsinə verilməsi nəzərdə tutulub”.  

Ən sərfəli kredit üçün müraciət et

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et