Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə şirkəti olan “ABB-Moskva” Rusiyanın Sənaye və Ticarət Nazirliyi ilə əməkdaşlıq haqqında saziş imzalayıb.
ABB-nin Mətbuat Xidmətindən verilən məlumata görə, sənəd “ABB-Moska”nın İdarə Heyətinin sədri Fuad Abdullayev və Rusiya Federasiyasının sənaye və ticarət nazirinin birinci müavini Qleb Nikitin tərəfindən imzalanıb.
Sənədə əsasən, tərəflər sənaye subyektlərinin, müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq edəcək.
Q. Nikitin imzalanan sənədi və “ABB-Moskva” ilə əməkdaşlığı yüksək qiymətləndirib.
APA.az