Bu barədə "Qafqazinfo"ya məlumat Beynəlxalq Bankdan daxil olub. Məlumata görə, "PaşaBank"ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr gətirilib.
Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.
- 03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
- 10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
- 07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin Direktoru vəzifəsində çalışıb.
- 30.06.2007-ci il tarixdən isə Paşa Bank ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.
Xəbərə münasibət bildirən Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bu barədə yayılmış məlumatın düzgün olmadığını bildirib: “Banka rəhbər təyin olunması üçün səhmdarların iclası keçirilməlidir. Belə bir iclas hələ olmayıb”