ABB-nin Müşahidə Şurasının yeni tərkibi məlum oldu | Banco.az

ABB-nin Müşahidə Şurasının yeni tərkibi məlum oldu

İki fiziki şəxs Şuradan çıxarılıb

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb.

Banco.az "APA"ya istinadən xəbər verir ki, Müşahidə Şurasında 5 nəfər təmsil olunub. Bunadək Şurada 7 nəfər təmsil olunub. Ötən gün keçirilən səhmdarların ümumi yığıncağında alınan qərara əsasən, bankın Müşahidə Şurası üzvlərinin sayı 7-dən 5-ə endirilib.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, hazırda Şuraya maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edir.Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov, fiziki şəxs Səidə Bayramova yeni təsdiqlənə Şuranın üzvləridir.

Qeyd edək ki, bundan öncə fiziki şəxslər Fuad Məmmədov və Vəli Kərimov yuxarıda adları çəkilən 5 nəfərlə birlikdə Şuranın üzvləri olub.


Ən sərfəli krediti almaq üçün müraciət et