Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü ilin birinci yarısını 172 milyon 391 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 354 min manat və ya 5,1% artım deməkdir. 2023-ci ilin eyni dövründə bankın xalis mənfəəti 164 milyon 37 min manat olub.
Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə ABB-nin aktivləri 13 milyard 258 milyon 894 min manata bərabər olub.
Bankın kredit porfeli isə 5 milyard 808 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 759 milyon 137 min manat və ya 15% çoxdur.
30 iyun tarixinə ABB-nin depozit porfeli 9 milyard 232 milyon manat təşkil edib. Bunun da 2 milyard 183 milyon manatı fiziki şəxslərin depozitləri, 7 milyard 48 milyon manatı isə hüquqi şəxslərin depozitləri olub.
Qeyd edək ki, Bankın depozit portfelində ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 707 milyon 214 min manat və ya 8,3% artım qeydə alınıb. Hazırda ABB-nin məcmu kapitalı 1 milyard 563 milyon 36 min manata bərabərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!