ABB-nin işçilərinin sayı 3.5 min nəfərə çatıb | Banco.az

ABB-nin işçilərinin sayı 3.5 min nəfərə çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Beynəlxalq Bankının (ABB) işçi sayı açıqlanıb.

Banco.az Bankın “Dayanıqlı İnkişaf Hesabatı”na istinadən xəbər verir ki, 31 dekabr 2023 tarixinə bankın işçi sayı 3 494 nəfər olub.

Bankın işçi sayı illik müqayisədə 398 nəfər və ya 12,9% artıb. 

Hesabata görə, işçilərin 2 837 nəfəri Bakı və Abşeronda, 657 nəfəri isə regional ofislər və filiallarda çalışıb.

Qeyd edək ki, 31 dekabr 2022 tarixinə bankın işçi sayı 3 096 nəfər, 2021-ci ilin sonunda isə 2 800 nəfər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et