ABB-nin 3 müştərisi Disneyland-ə ailəvi səyahət qazandı | Banco.az

ABB-nin 3 müştərisi Disneyland-ə ailəvi səyahət qazandı

 Disneyin 100 yaşı münasibətilə təşkil olunmuş lotereyada Bankın Visa premial kart sahibləri iştirak edib. Onlar 20 sentyabra qədər ödənişləri ABB-nin Visa Platinum, Visa Signature və Visa Infinite debet/kredit kartları ilə aparıblar. 

Şərtlərə görə, həmin kartlarla 100 AZN (USD, EUR, GBP) məbləğində nağdsız ödəniş edən hər kəs 1 uduş şansı qazanıb.

Lotereya bir tirajdan ibarət olub. Uduş oktyabrın 10-da ABB-in Baş ofisində keçirilib və tirajın oynanılması Bankın rəsmi Facebook səhifəsində canlı yayımlanıb. Qaliblər xüsusi proqram təminatının köməyi ilə, təsadüfi üsulla seçiliblər. 1-ci yerin qalibi Kaliforniyaya, 2-ci yerin qalibi Laplandiyaya, 3-cü yerin qalibi Londona tam səyahət paketi qazanıb. Hədiyyələr ABB-nin Baş ofisində qaliblərə təqdim olunub.

ABB-nin ödəniş kartlarının yaratdığı fürsətlərdən faydalanmaq üçün kartları buradan onlayn sifariş etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram