“ABB Gürcüstan”ın 34 əmanətçisinə sığortalanmış depozit ödəniləcək | Banco.az

“ABB Gürcüstan”ın 34 əmanətçisinə sığortalanmış depozit ödəniləcək

Bu gündən etibarən Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstan nümayəndəliyinin əmanətçiləri sığortalanmış əmanətlər üzrə kompensasiya əldə edə bilərlər.

Agentlik tərəfindən ödəniləcək maksimal məbləğ 5 min lari (2 042 dollar) təşkil edir.

Sığortalanmış depozitləri “Liberty Bank”ın istənilən filialından almaq mümkün olacaq.

Əmanətlərin Sığortalanması Agentliyindən bildirilib ki, “ABB – Gürcüstan”ın 34 əmanətçisinin sığortalanmış əmanəti ödəniləcək. Əmanətçilərin əksəriyyəti Azərbaycan, İran və Türkiyə, 9-u isə Gürcüstan vətəndaşıdır. Əmanətçilərə ödəniləcək məbləğin ümumi həcmi 10 200 lariyə (4 168 dollar) yaxındır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et