ABB-də səhm sahibi olmaq vətəndaşlara nə qazandıracaq? | Banco.az

ABB-də səhm sahibi olmaq vətəndaşlara nə qazandıracaq?

"Son 6 ildə ardıcıl olaraq səhmdarlarımıza yüksək dividend ödəyirik".

Banco.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. 

"2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-nin səhmdarlarına 185 000 000 manat məbləğində dividend ödədik. Bu, hər səhm üzrə 4.1 qəpik deməkdir. Beləliklə, nominal qiymətlə hesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəldi. Səhm üzrə dividend isə son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46% artıb. Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib. Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına daha çox dividend ödəyəcək", sədr qeyd edib. 

A. İbrahimovun sözlərinə görə, bu baxımdan, ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir: "Səhmdarlarımız bir tərəfdən hər il yüksək dividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqları səhmlərin dəyərinin ildən-ilə artma potensialı var.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə olaraq, 2028-ci ilin 1 fevral tarixinə qədər Bakı Fond Birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən vergi tutulmayacaq". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram