ABB 200 mln. dollar həcmində sindikatlaşdırılmış kredit cəlb edib | Banco.az

ABB 200 mln. dollar həcmində sindikatlaşdırılmış kredit cəlb edib

 Azərbaycan Beynəlxalq Bankı bu günlərdə 2015-ci ildə ilk dəfə 200 mln. ABŞ dolları ekvivalent həcmində sindikatlaşdırılmış kredit  cəlb edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, sindikasiyanın təşkilatçıları qismində  “Citibank N.V.”, “Ingbank N.V.”, “Raiffeisenbank International AG”, “UniCreditBank Austria AG” çıxış ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlcədən kredit $125 mln. həcmində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutlarının qoşulması nəticəsində kreditin həcmi 200 mln. qədər yüksəlib.

Vəsait 365 gün müddətinə cəlb edilib, ticarət və korporativ maliyyələşməyə yönəldiləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et