“Atəşgah Həyat” sığorta şirkəti Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 90 min manatdan artıq birdəfəlik ödəniş edib.
Şirkətdən bildiriblər ki, bu sığorta növü üzrə növbəti ödəniş “Atəşgah Həyat” şirkəti tərəfindən Bakıda fəaliyyət göstərən sənaye müəssisələrindən birində çalışan, istehsalatda aldığı zədə nəticəsində əlillik dərəcəsi almış şəxsə verilib.
Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 95 139 manat təşkil edib.
Qeyd edək ki, “Atəşgah Həyat” şirkəti həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.
azertag.az