"Sony" şirkəti bu ilin aprel-sentyabr aylarını təxminən 1 mlrd. dollarlıq xalis zərərlə başa vurub.
Şirkətin zərərlə işləməsinə əsas səbəb smartfon satışı sahəsində digər şirkətlərlə rəqabətə tab gətirə bilməməsidir.
Qeyd edək ki, sentyabrda "Sony" şirkəti mənfəətlə bağlı illik proqnozunu aşağı salıb. Bundan başqa, şirkətin bəyanatında bildirilib ki, smartfon istehsalı ilə məşğul olan şöbənin ştat vahidinin 15% azaldılacaq.
APA