Müəllif: Gülnar Əhmədli, Banco.az
Neçə ildir eyni şirkətdə işləyirsiniz? Beş il? On il? Volter Orthman adlı şəxs 84 il eyni şirkətdə çalışıb. 6 yanvar 2022-ci ildə bu qeyri-adi nailiyyət Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq təsdiqlənib. Volter eyni işdə bu qədər uzun müddət belə həvəslə işləməyi necə bacarıb? Onun sirri nizam-intizam və bağlılıqdır. Hər gün eyni şirkətdə işləməyin dincliyi və motivasiyası onun dünyanın ən uzun karyerasına sahib olmasına səbəb olub. Gəlin, onun hekayəsinə daha yaxından nəzər salaq.
1938-ci ildə 15 yaşında Valter Orthman Braziliyanın Santa Catarina bölgəsindəki tekstil şirkətində köməkçi kimi işləməyə başlayıb.
O zaman bu gəncin bir gün bütün dünyada tanınan bir insana çevriləcəyini heç kim bilə bilməzdi. Volter erkən yaşlarından öyrənməyə həvəsi ilə tanınırdı. Böyük alman əhalisi olan Braziliyanın cənubundakı Brusk şəhərində anadan olan Valter öz qətiyyəti və nizam-intizamı ilə hər cür çətinliyə qalib gəlirdi.
O, ailəsinin maddi sıxıntısı səbəbilə erkən yaşlarından işləməyə başlayıb. Alman dilinə güclü istedadı olduğundan anası ilə getdiyi tekstil fabrikinə dərhal işə götürüldü. Valterin həyatı elə o zaman dəyişməyə başladı. Burada göstərdiyi yüksək performansla tez bir zamanda zirvəyə yüksəldi.
Davamlı olaraq özünü təkmilləşdirən və gözlənilməz işlər görən Volter tezliklə satış vəzifəsinə yüksəldi. Uğurları satışda da davam etdi və bir müddət sonra satış meneceri oldu.
O, müsahibələrindən birində belə deyib: "Mənə satıcı işləmək imkanı verildi. San Pauloya getdim və bir həftədən az müddətdə istehsalı üç aylıq işə bərabər olan sifarişlərlə qayıtdım". Volterin səyi onun işinə nə qədər qətiyyətli və bağlı olduğunun sübutu idi.
Volter hesab edir ki, işin ən dəyərli cəhəti sizə məqsəd, öhdəlik və rutin hissi bəxş etməsidir. Bu perspektiv ona biznesdə qalmağa və hər gün enerjili işləməyə davam etməyə imkan verib.
1950-ci illərdə Volter ölkəni gəzməyə başladı və müxtəlif şəhərlərdən və mədəniyyətlərdən olan insanlarla görüşərək özünü daha da inkişaf etdirdi. Səyahət onu həmişə ruhlandırıb. Bununla o, təkcə iş deyil, həm də çoxlu dostluq münasibətləri qurub.
Müştəriləri ilə qurduğu güclü əlaqələr onu biznesdə uğur qazandıran ən vacib elementlərdən biri idi. Volter təkcə iş adamı deyil, həm də iş dünyasında dostluq və yaxşı münasibətlərə üstünlük verən lider idi.
V. Orthman 84 illik karyerası ərzində həm öz şirkətində, həm də dünyada böyük dəyişikliklərin şahidi olub. Onun illər ərzində öyrəndiyi ən vacib şeylərdən biri biznesdə aktual qalmaq və daim dəyişən şərtlərə uyğunlaşmaq olub.
Volter Ortman 2 avqust 2024-cü ildə 102 yaşında dünyasını dəyişib. O, təkcə uzun ömrü ilə deyil, həm də empatiyası və insanlığı ilə lider kimi tarixdə qalıb. Özünün də dediyi kimi: "Sevdiyimiz şeylərlə məşğul olanda zamanın hesabını itiririk".
Peşəkar olaraq, Volterin verdiyi ən dəyərli məsləhət həqiqətən motivasiyalı və dəyərli hiss etdiyiniz bir şirkətdə işləməkdir. Çünki belə bir mühitdə uğur qaçılmazdır.
Onun məqsədləri nə keçmişdə, nə də gələcəkdə idi, o, sadəcə olaraq anın gücünə inanırdı: "Mən çox plan qurmuram, sabaha çox əhəmiyyət vermirəm. Yalnız anı yaşayıram. Sabah oyanacağım, idmanımı edəcəyim və işə gedəcəyim başqa bir gün olacaq. Keçmiş və ya gələcək haqqında düşünməkdənsə, bu anda olmaq vacibdir. Gəl, işə başlayaq!".
O, adının Ginnesin Rekordlar Kitabına düşməsi uğurundan da qürur duyurdu.
Əvvəlcə belə bir uğuru ağlına belə gətirə bilməzdi. O deyirdi ki, onun ən qürurverici uğuru ən uzun müddət eyni şirkətdə çalışan şəxs kimi adını tarixə yazdırmasıdır. Volter Orthmanın hekayəsi uğur və qətiyyətin simvoluna çevrilib.
O da hamı kimi karyeraya başlasa da, illər keçdikcə işinə olan həvəsi və fədakarlığı sayəsində tarixə düşüb. 84 ildir eyni şirkətdə çalışaraq təkcə karyera deyil, həm də həyat fəlsəfəsi qurub.
Ortman işin sadəcə pul qazanmaq üçün deyil, həm də bir məqsədə xidmət etmək üçün görülməli bir iş olduğunu çox yaxşı bilən, insanları hər gün motivasiya edən biri idi. Volterin hekayəsi bizə işin sadəcə bir iş olmadığını, onu sevməyin və ona bağlı olmağın nə qədər vacib olduğunu öyrədir.
Bizi sosial şəbəkələrdən izləyin!!