8 bacarıqla karyera imkanlarınızı genişləndirin | Banco.az

8 bacarıqla karyera imkanlarınızı genişləndirin

Hər kəsin həyatında özünü boşluqda kimi hiss etdiyi dövrlər olur. Məsələn, universitet bitdikdən sonra işsiz qaldığınız müddət buna misal ola bilər. Bu vaxtdan səmərəli istifadə etmək və sizi başqalarından fərqləndirən keyfiyyətlərə sahib olmaq öz əlinizdədir.

Biz isə sizə özünüinkişafla bağlı hər zaman faydasını görəcəyiniz 8 ən mühüm bacarıq formalarını deyəcəyik. Bu bacarıqlara sadəcə 8 ayda yiyələnə bilərsiniz. Vaxtınızı lazımsız şeylərə sərf etməkdənsə dediklərimizi dəyərləndirin və gələcək karyeranıza faydalı olacaq şeylər edin.

Ehtiyacım olmaz deməyin. Çünki, üzərindən laqeydcə keçdiyiniz şeylər bəzən, ən çox ehtiyac duyduğunuz şeylərə çevrilə bilər.

 

Sürətli oxumaq və oxuduğunu anlamaq

Bill Gates, “Əgər bir istedada sahib olsam bunun sürətli oxumaq olmasını istəyərdim” demişdi. Bill Gates və onun kimi uğur qazanmış insanlar bilir ki, bilik müvəffəqiyyətin ən önəmli açarıdır. Nə qədər sürətli oxusaq, bir o qədər çox oxumağa vaxtımız qalacaq. Nə qədər çox oxusaq, o qədər çox da bilik sahibi olacağıq.

Kütlə qarşısında nitq söyləmək

Araşdırmalara əsasən, insanlar üçün kütlə qarşısında çıxış etmək ölüm fikrindən belə qorxuducu ola bilər. Cəmiyyət qarşısında danışmaq, həqiqətən çətindir. Çünki hər kəsin diqqətini çəkmək və onları yormadan danışmaq asan deyil.

Hansı sektorda olursaq olaq, insan münasibətlərində bacarıqlı olmalı və necə danışmalı olduğunuzu bilməlisiniz.

Xarici dil bilmək

Dünyada ən çox istifadə olunan dillərdən birini öyrənin. İngilis dili bunun üçün ən ideal seçimdir. Lakin, nə qədər çox xarici dil bilsəniz, o qədər də faydasını görəcəksiniz. Əlbəttə, bu, daha çox vaxtınızı apara bilər.

Mühasibat

Ən sərfəli kredit üçün müraciət et

İş dünyasına daxil olmaq istəyirsinizsə, ilkin olsa da mühasibat haqqında bilikləriniz olmalıdır. Mütəxəssis olmağa ehtiyac yoxdur, təməl biliklərə sahib olmaq kifayət qədər köməyinizə çatacaq.

Mühasibat biliklərini həmçinin maliyyə hədəflərinizə çatmaq üçün də istifadə edə bilərsiniz.

Microsoft Office proqramları

Office proqramlarından istifadə etməyi çoxlarımız bilirik. Lakin, bunlar təməl biliklərdir.

Daha geniş biliklərə sahib olmaq daima işinizə yarayacaqdır. Hamısını öyrənməyə vaxtınız yoxdursa, bizim tövsiyyəmiz odur ki, Excel’ə fokuslanın.

Blog yazarlığı

Özünü yazaraq ifadə etmək, zehnin axışını görə bilmək, insan beyninin sərhədsizliyinin fərqinə varmaq və digər bacarıqlar yazarkən ortaya çıxır. Eləcə də, uzun müddət sonra geriyə dönüb baxdıqda özünüzü və düşüncələrinizi nə qədər inkişaf etdirdiyinizin fərqinə varacaqsınız.

Sağlam bədənə sahib olmaq

8 ayda idman və düzgün qidalanma ilə istədiyiniz görkəmə sahib ola bilərsiniz. Sağlam bədənə sahib olmaqla, həm enerjiniz, həm də özgüvəniniz artacaq.

Foto və video hazırlamaq

Bitirdiyiniz sahəya aid olmasa belə, sizin üçün yeni iş imkanları yaradacaqdır.

Bunu haradan öyrənə bilərsiniz soruşursunuzsa, bu haqda internetdə minlərlə sayt və videolar tapa bilərsiniz.

Sonda, onu da qeyd edək ki, öyrənmənin yaşı yoxdur və  həmçinin boş vaxt tapmaq da hər zaman asan deyil. Vaxtınızı yaxşı dəyərləndirin və sizi irəli aparacaq keyfiyyətlərə sahib olmaq üçün bu bacarıqlara yiyələnməyə çalışın.