Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
Banco.az portalının Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1.0496-dan 1,0517-yə qədər bahalaşıb.
Avronun məzənnəsində isə azalma qeydə alınıb. Belə ki, 1 avro 1.1482-dən 1,1399-a qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda da dəyişiklik müşahidə edilib. İndi 1 rublun dəyəri cüzi artaraq 0,0191 manata çatıb.