7 bankın əməliyyat gəlirləri 50 milyon manatdan çoxdur | Banco.az

7 bankın əməliyyat gəlirləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri (cəmi faiz və qeyri-faiz gəlirləri) 50 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (434 milyon 529 min manat), "Kapital Bank" (407 miylon 203 min manat), "PAŞA Bank" (198 milyon 264 min manat), "Xalq Bank" (96 milyon 476 min manat), "Access Bank" (95 milyon 952 min manat), "Bank Respublika" (87 milyon 55 min manat) və "Unibank"dır (79 milyon 307 min manat).

Qalan 23 bankdan 18-də əməliyyat gəlirləri 10-50 milyon manat arasında, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.

7 bankın əməliyyat gəlirləri azalıb

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Nikoyl Bank", "AFB Bank", "Atabank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (4,4%), ən çox azalma isə Pakistan bankında (44,5%) qeydə alınıb.

Qalan 23 bankın əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (22,7 dəfə), ən aşağı dinamika isə "Muğan Bank"da (0,5%) olub.

"Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et