7 ayda mobil operatorların gəlirləri bu qədər olub | Banco.az

7 ayda mobil operatorların gəlirləri bu qədər olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,6% artaraq 1939,3 mln. manat təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 74%-i əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 35,6%-i və ya 690,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Ötən ilin eyni dövründə bu göstərici 654,4 milyon manat (38,2%) təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et