Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 31 oktyabr tarixinə vergi borcu olduğuna görə 655 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Mənbə: APA.az