2015-ci ilin fevral ayında 63,902 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 13,921-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.
Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 33%, sığorta haqlarının məbləğində isə 35% artım müşahidə edilmişdir.