6 ayda 500 milyon dollar gəlir gətirən oyun | Banco.az

6 ayda 500 milyon dollar gəlir gətirən oyun

PUBG adı ilə də tanınan “PlayerUnknown’s Battlegrounds” adlı oyun, hələ satışa çıxmadan, test mərhələsində  6 ayda 500 milyon dollar gəlir gətirib. “Marja” xəbər verir ki, 2017-nin oyunu olaraq qəbul edilən PUBG-in istehsalçısı Cənubi Koreyanın “Bluehole” şirkətidir.

6 ayda 500 milyon dollar gəlir əldə edərək məşhurlaşan PUBG, əslində “PlayerUnknown’s Battlegrounds”un abreviaturasıdır. Oyun hələ bazara çıxmayıb. Test paketləri satılır. Bu günə qədər oyunun 13 milyondan artıq sürəti satılıb və  şirkət yarım milyard dollar gəlir əldə edib. Test dövründə (early access) oyunçular satışa çıxması gözlənilən oyunun  test mərhələlərinə qatılıb oyunu test edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Hələlik yalnız PC-də oynanan oyunun Xbox One variantı da hazırlanır. Bu ilin sonunda satışa çıxması gözlənilir. Digər konsollar üçün də işlər aparılır.

Oyun, pis bir təyyarə səfərilə başlayır. 100 nəfərlə birlikdə, tərk edilmiş keçmiş Sovet adası üzərindən keçirsiniz. Bir məqamda hər kəs tullanmalı və adaya enməlidir.

Tərk edilmiş binalarla dolu bir ada sizi gözləyir. Kiçik bir cəbbəxana və həyatda qalmağa kömək edəcək materialları əldə etdikdən sonra, digər 99 nəfərə qarşı həyatda qalma mübarizəniz başlayır. \mənbə: bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et