58 "fintech"in dəyəri 213 milyard dolları keçib | Banco.az

58 "fintech"in dəyəri 213 milyard dolları keçib

Maliyyə texnologiyalar sahəsində sərmayələr sürətlə davam edərkən, dünyada 58 "unicorn" "fintech"in cəmi bazar dəyəri 213.5 milyard dollara çatıb.

"CB Insights"in "Global Fintech Report Q3 2019" hesabatına görə, 2019-cu ilin üçüncü rübündə 6 "fintech" şirkətinin də dəyəri 1 milyard dollar səviyyəsini aşıb və "unicorn" adını alıb (dəyəri 1 milyard dolları keçən "fintech"ə "unicorn" deyilir ).

Ən sərfəli kredit üçün müraciət et

Ölkələr üzrə baxıldıqda 58 "unicorn"un 33-ü ABŞ, 7-si İngiltərə, 5-i Çin, 3-ü Hindistan, 3-ü Braziliya, 2-si Almaniya, 2-si Avstraliya, 1-i İsveç, 1-i Cənubi Koreya və 1-i Yaponiya şirkətidir. 

ƏN QİYMƏTLİ "UNICORN" 39.4 MİLYARD DOLLAR İLƏ LU.COM-DUR

Bazar dəyəri ən yüksək "unicorn" isə 39.4 milyard dollarlıq bazar qiyməti olan Çinin "fintech" şirkəti LU.com-dur. Çinli nəhəngin ardınca 35.3 milyard dollarlıq bazar dəyəri ilə ABŞ-lı "Stripe" və 10 milyard dollarlıq bazar dəyəri ilə Hindistanlı "Paytm" gəlir. 2019-cu ilin ilk 9 ayında qlobal "fintech" sərmayələri 24.6 milyard dollara çatıb. Bu rəqəm 2017-ci ilin cəmindən daha çoxdur.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et