500 avroluq banknotlar çap edilməyəcək | Banco.az

500 avroluq banknotlar çap edilməyəcək

Avro Bölgəsi qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq məqsədilə 500 avroluq banknotları çap etməmək qərarı verib.

Avropa Mərkəzi Bankının (ECB) internet səhifəsindən verilən məlumata görə,19 üzv ölkədən 17-si 27 Yanvardan etibarən bu pulun çapını dayandıracaq.

Avstriya və Almaniya isə 26 Aprelə qədər bu pulu çap edəcək, ancaq bu tarixdən sonra bu ölkələr də 500 avro çapını dayandıracaqlar.

ECB-in statistikalarına görə, dövriyyədəki avroların yalnız  2,4%-i 500 avroluq banknotlardan ibarətdir. Bu pulların dəyəri isə bazardakı bütün avroların 20%-i civarındadır.

Marja