50 bankın aktivi 187 ölkəyə bədəldir | Banco.az

50 bankın aktivi 187 ölkəyə bədəldir

Dünyanın ən böyük 50 bankının ümumi aktivlərinin cəmi, demək olar ki, 187 ölkənin bir ildə istehsal etdiyi ümumi daxili gəlirə bərabərdir.

Məşğulluq, balans hesabatı və miqyas dəyərləri, qlobal iqtisadiyyatlardakı ağırlıqlarıyla sistemdə üstünlük təşkil edən 50 böyük bankın ümumi aktivləri ölkə iqtisadiyyatlarıyla yarışarkən, nəhəng bir bankın aktivlərini yaratmaq üçün 129 ölkənin ümumi əhalisinin bir il boyunca çalışması lazımdır.

Relbanks saytından alınan məlumatlara əsasən, 2014-ci ilin rəqəmləriylə dünyanın ən böyük 50 bankının ümumi aktivi 70 trilyon 499 milyard 236 milyon dollar səviyyəsində olarkən, 187 ölkənin ÜDM cəminin, 76,8 trilyon dollar səviyyəsində reallaşacağı nəzərdə tutulur.

Çinin 10, ABŞ-ın 6, İngiltərə, Fransa və Yaponiyanın 5, Avstraliyanın 4, Almaniya və Kanadanın 3, İspaniya, İtaliya, İsveçrə və Hollandiyanın 2, İsveçin isə 1 bankının iştirak etdiyi siyahıda, heç bir Azərbaycan bankı yoxdur.

Çinin Industrial & Commercial Bank of China (ICBC) bankının 3 trilyon 181 milyard 884 milyon dollar aktivi ilə birinci sırada iştirak etdiyi siyahıda, ICBC-ni 2 trilyon 758 milyard 447 milyon dollar ilə İngilis bankı HSBC Holdings, 2 trilyon 602 milyard 536 milyon dollarla yenə Çin bankı China Construction Bank Corporation, 2 trilyon 589 milyard 191 milyon dollar ilə Fransa bankı BNP Paribas və 2 trilyon 508 milyard 839 milyon dollarla Yapon banı Mitsubishi UFJ Financial Group izlədi.

Ən sərfəli kredit üçün müraciət et

Siyahının sonunda isə 675 milyard 410 milyon dollarlıq ümumi aktivə sahib Avstraliyalı Westpac Banking Corp, 674 milyard 380 milyon dollar ilə İngilis Standard Chartered Plc, 641 milyard 952 milyon dollarla Çinli China CITIC Bank Corp, 638 milyard 99 milyon dollarla Alman bankı KfW Group və 50-ci sırada isə 611 milyard 581 milyon dollar ilə Çinli Industrial Bank Co. Ltd iştirak etdi.

BVF-ə əsasən toplanan məlumatlara görə isə 2014-ci ilin rəqəmləriylə 187 ölkənin ÜDM cəminin, 76 trilyon 841 milyard 602 milyon dollar səviyyəsində reallaşacağı nəzərdə tutulur.

Beləliklə, dünyanın ən böyük 50 bankının 70,5 trilyon dollarlıq ümumi aktivi, demək olar ki, 187 ölkənin 2014-ci ildəki ÜDM-ni qarşılayacaq böyüklükdədir. Başqa bir sözlə sözü gedən bankların ümumi aktivlərinin, təxminən 7 milyard 104 milyon 172 min adamın bir illik ÜDM-nə bərabər olduğu mənasını verir.

Tuvalu, Kiribati, Marshall Adaları, Palau, Mikroneziya kimi dünyanın ən kasıb 129 ölkəsinin ümumi milli gəliri isə 3 trilyon 127 milyard 401 milyon dollara yaxındır. Bu səbəbdən, 3,2 trilyon dollarlıq ümumi aktivə sahib dünyanın ən böyük bankı ICBC, özü təkcə 129 ölkənin bir illik ümumi daxili gəlirini qarşılaya bilir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et