Naxçıvanda sentyabr ayında sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artıb. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, ay ərzində MR-da 5 mindən artıq sığorta müqaviləsi bağlanıb. Belə ki, sentabrda avtomobillərin icbari sığortası üzrə 1660, daşınmaz əmlakın icbari sığortası üzrə 2358, fərdi qəza sığortası üzrə isə 1143 müqavilə bağlanılıb.
fins.az