5 F qaydası ilə həyatınızı dəyişin! | Banco.az

5 F qaydası ilə həyatınızı dəyişin!

İngiltərənin BBC telekanalında yayımlanan “Bir həftədə daha ağıllı ol” adlı proqram gündəlik həyatda kiçik dəyişikliklərlə insan beynindən daha yaxşı istifadə etməyin yollarını göstərir. Oxford və Cambridge universitetlərinin professorları proqram üçün test hazırlayaraq 15 nəfərlik xüsusi bir tədqiqat aparıblar. Proqramdan əvvəl və sonra edilən testlər müqayisə edildikdə insanların dəyişiklikdən sonra suallara 40% daha düzgün cavab verdikləri ortaya çıxıb. 

Beləliklə, innovasiyada "5 F qaydası" həyatımızı köklü bir şəkildə dəyişdirmək və beynimizi daim aktiv vəziyyətdə saxlamaq qaydasıdır. İnkişafda olan dünyada özümüzə yer tapmaq üçün bu qaydalarla dəyişmək və innovasiyaya qapı açmaq olduqca vacibdir. 

İnnovasiyada “5 F qaydası":

     1. Fərqli oxu

Normal oxunuş qaydasını tərk edin. Məsələn, bir kitabı tərsdən oxuyun və ya kitabın fərqli səhifələrindən təsadüfi sözlər seçərək onlar arasında əlaqə yaradın. Əlaqə yaratmaq təlimini fərqli kitabların hər hansı bir səhifəsini açaraq seçdiyiniz ifadələrlə də edə bilərsiz. Bu üsulla fərqli əlaqələr qurma bacarığınızın yaxşılaşdığını görəcəksiz. Fərqli oxu üsulu ilə edəcəyiniz başqa bir məşq eyni anda bir neçə kitabı oxumaqdır.

     2. Fərqli düşün

“Zəkanın əsl göstəricisi bilik deyil, təxəyyüldür”. (A.Eynşteyn). Fərqli düşünərək özümüzü dəyişdirmək üçün cəsarətli addımlar ata bilərik; təcrübə, təhsil, mədəniyyət və s.-dən asılı olaraq oxşar hadisələrə müxtəlif reaksiyalar verə bilərik.

Fərqli düşünərək:

  • Görünməyənlər aşkar edilir;
  • Analitik qabiliyyət inkişaf edir.

İnnovasiyada qabaqcıl olan ölkələr, dünyaya istiqamət verən ideyaların inkişaf etdirilməsində olduqca qabiliyyətlidirlər. Bunun təməlində sərbəst düşünmək və stereotipləri aradan qaldırmaq yatır. Yeni fikirlər və ya ixtiralar, öz növbəsində, dünyanın gələcəyini müəyyənləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

    3. Fərqli get

Eyni şəkildə getməyin, hərəkət marşrutunu dəyişdirin. Həmişə eyni yerdə oturmayın. Eyni yerə eyni şəkildə çatmayın.

    4. Fərqli davran

Ənənəvi düşüncəyə görə hər insanın sabit olaraq ölçülən İQ səviyyəsi var. İQ-u yüksəltmək isə öz əlimizdədir. Sadə davranışları dəyişərək başlamaq olar. Hərəkətləriniz və reaksiyalarınız başqasınınkına bənzəməsin. Mütəxəssislər beyin gücünü və yaddaşı gücləndirmək üçün təkrarlanan hərəkətləri dəyişdirməyi tövsiyə edir. Fərqli əllə dişləri fırçalamaq buna misal ola bilər.

    5. Fərqli danış

Beyninizi yuxu rejimindən çıxarın və daim fəal olmasını təmin edin. Məsələn, eyni danışıq tərzindən istifadə etməyin. Eyni cümlədə oxşar mənalı sözləri işlətməyin. Suallara standart cavablar verməyin, fərqli ifadələrlə cavablamağın yollarını axtarın. Bu dəyişikliklər düşünmə gücünü artıraraq söz və ifadələrdən istifadə bacarığını müsbət yöndə dəyişəcək. Ən vacib nöqtə isə beyni daim axtarışda saxlayaraq dinamikliyini artırmaqdır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et