5 başlıqda bu həftə necə keçdi | Banco.az

5 başlıqda bu həftə necə keçdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarlarda bu həftə Fed protokolları və Almaniya inflyasiya göstəriciləri gündəmi təyin edən əhəmiyyətli xəbərlər arasında idi.

Banco.az həftənin mühüm xəbər başlıqlarını və xülasəsini təqdim edir.

1. FED protokollarında yavaşlama siqnalları

Bu həftə Fed Federal Açıq Bazar Komitəsinin (FOMC) 1-2 noyabr 2022-ci il tarixlərində keçirilən yükun iclasının protokollarını açıqladı.

Protokollarda deyilir ki, əksər Fed rəsmiləri tezliklə faiz artımı tempinin yavaşlamasını dəstəkləyirlər. Protokollar həmçinin göstərdi ki, Fed iqtisadçıları siyasətçilərə mart ayında faiz artımı başlayandan bəri ilk dəfə olaraq tənəzzül ehtimalının təxminən 50 faizə yüksəldiyi barədə xəbərdarlıq ediblər.

2. İsveç faiz dərəcəsini 2,5%-ə çatdırdı

İsveç Mərkəzi Bankı Riksbank borclanma xərclərini 75 baza bəndi artıraraq siyasət faizini 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatdırdı. Bank tənəzzülün daha da dərinləşəcəyini proqnozlaşdırıb, lakin inflyasiyanın cilovlanmasının daha vacib olduğunu vurğulayıb.

3. Cənubi Koreya Mərkəzi Bankı da faiz dərəcələrini artırdı

Cənubi Koreya Mərkəzi Bankı inflyasiyanın nəzarət altında saxlanılması, iqtisadiyyat və kredit bazarlarına təzyiqin minimuma endirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində faiz dərəcəsini 25 baza bəndi artırmaqla 3,25 faizə çatdırdı.

Ən sərfəli kredit üçün müraciət et

4. Almaniyada istehsalçı qiymətləri indeksi pik həddən gerilədi

Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, oktyabr ayında ölkədə istehsalçı qiymətləri indeksi (PPI) 4,2 faiz azalıb. Sentyabrda isə 2,3 faiz artım qeydə alınmışdı.

5. İşçilər üçün ən əlverişsiz 10 ölkənin adı açıqlandı

Qardaş Türkiyənin də siyahıda olduğu, işçi hüquqlarının pozulması, sindikatların fəaliyyəti və s. amillərə görə ən əlverişsiz ölkələr Braziliya, Banqladeş, Belarus, Kolumbiya, Misir, Estavini, Qvatemala, Myanma və Filippin hesab edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et