5 bankın qeyri-faiz gəlirləri 50 milyon manatdan çoxdur | Banco.az

5 bankın qeyri-faiz gəlirləri 50 milyon manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin ötənilki qeyri-faiz gəlirləri 100 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (170 milyon 345 min manat), "Azərbaycan Beynəlxalq Bankı" (143 milyon 412 min manat), "PAŞA Bank" (76 milyon 585 min manat), "Unibank" (71 milyon 187 min manat) və "Bank Respublika"dır (51 milyon 264 milyon manat).

Qalan 24 bankdan 11-də qeyri-faiz gəlirləri 10-50 milyon manat arasında, 13 bankda isə 10 milyon manatdan azdır.

10 bankın qeyri-faiz gəlirləri azalıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 10-nun ötənilki qeyri-faiz gəlirləri əvvəlki ilə nisbətən az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar "Rabitəbank", "Premium Bank", "Azər-Türk Bank", "Günay Bank", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Zıraat Bank Azərbaycan", "Amrah Bank", "Yelo Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (68,3%), ən az azalma isə "Rabitəbank"da (1,3%) qeydə alınıb.

2 bank - "Access Bank" və "Bank VTB Azərbaycan" ötən il qeyri-faiz gəlirləri əldə etsə də əvvəlki il əldə etməyib (qeyri-faiz zərəri ilə üzləşib). Odur ki, onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 17 bank isə qeyri-faiz gəlirlərini artırıb. Bu baxımdan ən yüksək dinamika "Azərbaycan Sənaye Bankı"nda (3,8 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (0,7%) qeydə alınıb.

 Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et