Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 5 ayda 215,8 milyon manat kredit verilib.
Bu, ötən ilin eyni dövrü ilə (205,8 milyon manat) müqayisədə 10 milyon manat və ya 4,9% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 134,9 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!