“Həftədə 40 saatdan çox işləmək lüzumsuzdur” | Banco.az

“Həftədə 40 saatdan çox işləmək lüzumsuzdur”

“Shopify”ın təsisçisi və baş icraçı direktoru Tobias Lyutke hesab edir ki, işdə həddindən çox vaxt keçirtmək mənasızdır və effektivliyin artmasına səbəb olmur.

Lyutkenin sözlərinə görə, o ancaq özü bunu “həqiqətən istədiyi” zaman həftədə 40 saatdan çox işləyib.

“Yaradıcı işdə fırıldaqçılıq etmək olmaz. Əminəm ki, insan gündə cəmi 5 saat yaradıcı ola bilər. Onunçün də şirkətin əməkdaşlarından tək ricam budur ki, bu 5 saatdan 4-ünü şirkətin xeyrinə yönəltsinlər”, — deyə öz Twitter səhifəsində paylaşıb.

Həmçinin oxu: Əməkdaşlar iş saatlarında əlavə məşğuliyyətə vaxt ayıra bilərmi?

Ən sərfəli kredit üçün müraciət et

Onu da əlavə edib ki, heç vaxt bütün gecə işləməyib. “Mənə gecə 8 saat yuxu lazımdır. Bu, qəbul edib-etməməsindən asılı olmayaraq hər kəs üçün belədir”.

“Shopify” rəhbəri iş və şəxsi həyatı tamamilə ayırdığını və birinin digərini “udmasına” icazə vermədiyini qeyd edib. “Hər gün saat 17:30-da evdə oluram. Möhtəşəm işim var, lakin bu, sadəcə işdir. Ailə və sağlamlıq mənim prioritetlər sistemimdə daha üst mövqedə dayanır”, — Lyutke bildirib.

“Microsoft” və “Amazon” şirkətlərinin baş icraçı direktorları Satya Nadella və Ceff Bezos isə iş və şəxsi həyat arasında tarazlığın qurulmasının səhv strategiya olduğunu düşünürlər. Onların fikrincə, biri digərinə nüfuz edir və bu iki anlayışın “harmoniyası” haqqında daha çox düşünməyə dəyər.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et