45 bankdan 27-nin ROA səviyyəsi 0,5%-dən aşağı olub | Banco.az

45 bankdan 27-nin ROA səviyyəsi 0,5%-dən aşağı olub

Bankların aktivlərinin üstündə qazandığı faiz azalıb.

Banco Mərkəzi Banka istinadən xəbər verir ki, 2015-ci ilin birinci rübündə 45 bankdan 27-nin ROA səviyyəsi 0,5%-dən aşağı olub. Ötən ilin eyni dövründə belə bankların sayı 11 idi.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, ROA - ingiliscə Return On Assets deməkdir və şirkətin il ərzində aktivlərinin üstündə qazandığı faiz deməkdir. Yəni biznes tərəfindən qazanılan gəlirin orta aktivlərə nisbətidir.