ABŞ-ın ən zəngin vətəndaşlarının reytinqində yer alan amerikalıların varidatı 2,96 trilyon ABŞ dollarına çatıb.
"Forbes" jurnalına istinadən verdiyi məlumata görə, 400 amerikalının sərvəti rekord həddə – 2,96 trilyon dollara çatıb ki, bu da 2018-ci illə müqayisədə 2,2% çoxdur.
Eyni zamanda, reytinq iştirakçılarının orta sərvəti il ərzində 200 milyon dollar artaraq 7,4 milyard dollara çatıb.
Qeyd edək ki, 2019-cu ildə sözügedən reytinqə daxilolma həddi 2,1 milyard dollar olub.
marja