4 ən böyük texnologiya şirkəti yenidən 1 trilyonluq bazar dəyərinə çatdı | Banco.az

4 ən böyük texnologiya şirkəti yenidən 1 trilyonluq bazar dəyərinə çatdı

Tamara Mustafayeva, Banco.az

Dörd ən böyük texnologiya şirkəti 1 trilyon dollarlıq bazar dəyərini keçərək ilk dəfə Covid-19 pandemiyasından əvvəlki dövrdə, yanvar ayının sonunda əldə edilən göstəricilərə çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən vəziyyət qlobal pandemiya, iqtisadi durğunluq və rekord səviyyədə işsizlik göstəricilərinə baxmayaraq texnologiya sənayesindəki çevikliyə işarədir.

Google-ın ana şirkəti Alphabet bazar ertəsi reallaşan birja əməliyyatlarından sonra 1.2 trilyon dollarlıq bazar dəyərinə çataraq trilyon dollarlıq səviyyəyə yenidən nail olub.

1.63 trilyon dollar bazar dəyərinə çatan Apple şirkətini 1.61 trilyon dollar ilə Microsoft şirkəti izləyir.

Siyahının dördüncü pilləsində qərarlaşan Amazon şirkətinin bazar dəyəri isə 1.48 trilyon dollar olub.

Xatırladaq ki, texnologiya nəhəngləri ilk olaraq yanvar ayınının sonlarında oxşar göstəricilərə nail olmuş və fevral ayı ərzində də mühüm qazanclar əldə etmişdilər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Apple REKORD qırdı - Tarixdə 1 trilyon dollarlıq İLK şirkət

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et