3,7 milyon manatdan çox sığorta ödənişi həyata keçirilmişdir | Banco.az

3,7 milyon manatdan çox sığorta ödənişi həyata keçirilmişdir

Oktyabr ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 3,7 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

2014-cü ilin oktyabr ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2,813 sığorta tələbi üzrə 3,759,928 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə  həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur: 

 Nəqliyyat vasitəsinə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

2,598

3,287,556

96

152,622

75

107,750

44

212,000

2,813

3,759,928

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin yanvar-oktyabr ayları ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 23,1 milyon manat sığorta ödənişi həyata keçirilmişdir.

İcbari Sığorta Bürosu oktyabr ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 7 kompensasiya tələbi üzrə 31,500 manat, yanvar-oktyabr ayları ərzində isə 63 kompensasiya tələbi üzrə 212,876 manat məbləğində kompensasiya ödənişi həyata keçirmişdir.

Həmçinin 2014-cü ilin yanvar-oktyabr ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2013-cü il iyul ayının 20-dən etibarən informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən daşınmaz əmlakın icbari sığorta müqavilələri üzrə 262 sığorta tələbi qeydiyyta alınmış və 599 min manata yaxın sığorta ödənəşi həyata keçirilmişdir.  Həyata keçirilən sığorta ödənişlərinin 57,8%-i yaşayış evləri və mənzillər, 42,2%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et