34 yaşlı Paula Pant artıq 8 mənzilə sahibdir | Banco.az

34 yaşlı Paula Pant artıq 8 mənzilə sahibdir

Paula 27 yaşında ikən o və gələcək həyat yoldaşı Vil Atlantada yerləşən üçmərtəbli binada bir otaqlı mənzilə aylıq 400 dollar ödəyir və mətbəxlə hamam otağını Craigslist reklam portalında tanış olduqları digər üç nəfərlə bölüşürdülər. Nəhayət onlar özlərinə məxsus bir yer almaq qərarına gəldilər və bundan sonra lazım olan ilkin ödəniş məbləğini cəmləşdirmək təqribən bir il çəkdi.

Lakin onların gələcəyi bu yeni evlə bağlı deyildi.

Onlar küçənin qarşısında 225.000 dollara mənzil binası satın aldılar ki, bu da əvvəl yaşadıqları yerlə eyni idi. Onlar yeni mənzilə köçdükdə əvvəlki otaq yoldaşları da onlarla birgə gəldi. Cütlüyün həmin şəxslərdən aldıqları kirayə haqqı məişət xərclərini ödəməyə imkan verirdi.

Yeddi ildən sonra yeni evə köçmə öz səmərəsini göstərdi. Pant (34) və Vil (38) artıq ilk satın aldıqları mənzildə yaşamırlar. Onların hazırda üç mənzili və o əsnada aldıqları digər beş əmlakı var.

Nepalın paytaxtı Katmandu şəhərindən körpə vaxtı ABŞ-a gələn Pant qeyd edir ki, sahib olduqları mülklər onun üçün kifayət qədər əlavə gəlir mənbəyidir, bu səbəbdən də o, 9-6 iş rejimindən imtina edib şəxsi bloq və kanal kimi həvəsli olduğu işlərlə məşğul olmağa hazırdı.

Pantın timsalında biz görürük ki, ehtiyyatlı qərar qəbul edərək və təbii ki, bəzi maddi qurbanlar verməklə ev (evlər) sahibi olmaq əlçatan hədəfdir.

Ən sərfəli kredit üçün müraciət et

Pant və həyat yoldaşı universiteti cüzi xərclərlə bitirdiklərinə görə şanslıdırlar. Onların ikisi də dövlət məktəblərində təhsil alıblar və xərcləri qarşılamalarına imkan verəcək müxtəlif işlərdə işləyiblər. Lakin cütlük buna baxmayaraq qənaətcil olmağa çalışıblar. Ilk evlərini aldıqları vaxt Pant ştatdankənar yazıcı idi, əri isə nəqliyyat şirkətində 9-5 iş rejimi ilə işləyirdi. Onların cəmi qazancları 63.000 dollar təşkil edirdi. 400 dollar kirayə pulu ödəyən Pant 15 illik maşın sürür və geyim əşyalarına çox pul xərcləmirdi.

Atlantada mənzil qiymətlərinin nisbətən ucuz olması da onlar üçün üstünlük idi. Ikinci mənzillərini almaq üçün lazım olan vəsaiti yığmaq növbəti bir il ərzində baş tutmuşdu.

Daha sonra Pant və Vil dörd tək ailəlik mənzil və hal-hazırda yaşadıqları La Vegas şəhərində mənzil binası satın aldılar. Cütlük mülklərindən bəzilərinə nəzarət etməsi üçün əmlak idarəetmə şirkətilə əməkdaşlıq edir, digər mülklərini isə uzun müddətli müqavilələrlə özləri idarə edirlər. Pant deyir ki, bəzən sahib olduqları mülklərə nəzarət etməyə bir neçə saat vaxt ayıra bilirsə, bəzən bütün gününü bu işlə keçirir.

Tamara Mustafayeva, Banco.az