30 yaşınıza çatmamısınızsa, mütləq bu xoşbəxtlik formullarını sınaqdan keçirin | Banco.az

30 yaşınıza çatmamısınızsa, mütləq bu xoşbəxtlik formullarını sınaqdan keçirin

30 yaş hər bir insanın həyatında vacib mərhələdir. Bu yaşdan etibarən insan müdrikləşməyə doğru gedir. Artıq yanlış qərar vermək qorxusu insanları elə də narahat etmir. Hadisələrə yanaşma tərzində dəyişiklik olur və s.

Əgər hələ 30 yaşınızı tamamlamamısınzsa və ya bu yaşa yenicə qədəm qoymusunuzsa, onda aşağıdakı məşğuliyyətləri heç olmasa bir dəfə sınayın. Bunlar sizi daha da xoşbəxt edəcək.

Həqiqətən eqzotik hesab etdiyiniz məkana səyahət edin. Elə bir yerə ki, ora sizə dünyanın sonu kimi gəlir.

Marafona qatılın.

Ən çox sevdiyiniz yeməyi, arzuladığınız restoranda dadmaq hissindən özünüzü məhrum etməyin.

Xəyallarınızın avtomobilini sürmək sizə böyük həzz yaşadacaq.

Xarici şəhərlərin birində, gecə klubunda heç olmadığı kimi əylənin. Günəş çıxanadək rəqs edin.

Bungee jumping və paraşütdən tullanmağı sınayın.

Sevdiyiniz müəllifin bütün kitablarını oxuyun.

Dağa dırmaşın. (Everest zirvəsi olması vacib deyil)

Scuba divingdən heçkəsə zərər dəyməyib.

Ən sərfəli kredit üçün müraciət et

Səsiniz ətrafınızdakılara işgəncə versə də, əlinizə mikrofon alıb, karaoke klubda sevdiyiniz mahnıları oxuyun.

Təkbaşına uzaq yerə səyahətə çıxın. Bu səsləndiyi kimi təhlükəli deyil.

Özünüzə yeni bir əcnəbi dil seçin və bu dildə danışmağı öyrənin.

Ulduzların altında, çadırda gecələyin.

İdeal ölçüdə qalmaq üçün əlinizdən gələni edin.

Xarici ölkədə azmaq, bu səyahətin ən gözəl hissəsidir.

Müəyyən müddət könüllü kimi fəaliyyət göstərin.

Nəhəng bir idman festivalında iştirak edin, fərq etməz, Dünya Kuboku, Superbowl və ya World Series.

Dulusçuluq. Bu zövqlü işi sona saxladıq. Axı bundan yaxşı əsəbləri nə sakitləşdirə bilər?