3 trilyon 117 milyard dollarlıq valyuta ehtiyatları | Banco.az

3 trilyon 117 milyard dollarlıq valyuta ehtiyatları

Çinin valyuta ehtiyatları, İyulun sonunda 3 trilyon 117 milyard 900 milyon dollara çataraq 3 trilyon 107 milyard dollar səviyyəsindəki proqnozu üstələyib.

Ölkənin İyun ayının sonunda valyuta ehtiyatları isə 3 trilyon 112 milyard 100 milyon dollar səviyyəsində idi.

Ən sərfəli kredit üçün müraciət et

Çin Mərkəzi Bankı (PBOC) tərəfindən Çərşənbə günü açıqlanan məlumata görə, ölkənin SDR valyuta ehtiyatları 10.9 milyard dollarda qalıb.

Ölkənin BVF ehtiyat mövqeyi isə İyun ayının sonundakı 8.53 milyard dollar səviyyəsindən 8.47 milyard dollara enib.ja

Marja.az