Fitch Beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının 3-nün reytinqini yenidən təsdiqləyib.
Beynəlxalq Bankın uzunmüddətli emitent reytinqi BB səviyyəsində, Kapital Bank və Paşa Bankın reytinqləri isə B+ səviyyəsində təsdiqlənib. Hər üç bankın reytinq üzrə proqnozu stabildir. Həmçinin Fitch Kapital Bankın dayanıqlıq reytinqini 'b-' səviyyəsindən “b” səviyyəsinə yüksəldib.
Beynəlxalq Bank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'BB' səviyyəsində təsdiq edilib. Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '3' səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: 'BB' səviyyəsində təsdiq edilib
- Təmnatsız borclar üzrə reytinq: BB səviyyəsində təsdiq edilib
Kapital Bank
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B+' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsindən “b”-yə yüksəldilib.
- Dəstəklənmə reytinqi: '4' səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: 'B+' səviyyəsində təsdiq edilib
Paşa Bank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B+' səviyyəsində təsdiq edilib;
- Reytinq üzrə proqnoz Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b+' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib