2.6 milyard dollar dəyərində böyük təklif! | Banco.az

2.6 milyard dollar dəyərində böyük təklif!

Tamara Mustafayeva, Banco.az

Uber şirkətinin ABŞ-ın yemək sifarişi firması Postmates-i satın almaq üçün 2.6 milyard dollar təklif etdiyi məlum olub.

Postmates revives IPO plans amid food delivery deal boom ...

Səyahət və daşımaçılıq sektorlarını rəqəmsallaşdırmaqla qısa müddət ərzində inkişaf edən Amerikanın Uber şirkəti ölkə miqyasında yemək sifarişi fəaliyyətini genişləndirməyi hədəfləyir.

Banco.az The New York Times nəşrinə istinadla xəbər verir ki, şirkət yemək sifarişi ilə məşğul olan Postmates firmasını satın almaq üçün təklif verib.

Bildirilənə görə, sözügedən anlaşma təqribən 2.6 milyard dollar dəyərində olacaq və bu həftə ərzində razılıq əldə edilməsi gözlənilir.

Xatırladaq ki, yemək sifarişi sektoru pandemiya dövründə müstəsna rol oynamışdı. Uber şirkətinin də 2014-cü ildə təsis edilmiş Eats adlı onlayn yemək sifarişi firması mövcuddur.

Uber Eats may soon offer an unlimited delivery subscription | Engadget

Ən sərfəli kredit üçün müraciət et

2011-ci ildə əsası qoyulan Postmates firması smartfonlar vasitəsilə yemək sifarişi verməyin mümkün olduğu ilk firmalardan biridir. Ancaq sektor daxili rəqabət illər keçdikdə çətinləşmiş, firma 2019-cu ildə birjaya daxil olmaq istəsə də, buna nail ola bilməmişdi. 

Həmçinin oxu: Pandemiya dövründə alıcıların 20 faizi marketini dəyişdirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et