"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildiriblər ki, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə indiyədək 24 min 510 ipoteka krediti verilib. Oktyabrın 20-də açıqlanan məlumatda bu say 24 min 250 göstərilmişdi.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 165 milyon 658 min 404 manatdan çoxdur.
Marja.az