24 bankın kredit portfeli artıb | Banco.az

24 bankın kredit portfeli artıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə az olub.

Bunlar "Access Bank", "Premium Bank", "AGBank", "Amrah Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Access Bank"da (1,1%), ən çox azalma isə Pakistan bankında (30,1%) qeydə alınıb.

Qalan 24 bankın kredit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (2,1 dəfə), ən aşağı dinamika isə "Muğan Bank"da (6,3%) qeydə alınıb.

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

 
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 4-nün bu il yanvarın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 153,211 milyon manat), "Xalq Bank" (1 799,468 milyon manat), "PAŞA Bank" (1  753,64 milyon manat) və "Kapital Bank"dır (1 501,354 milyon manat).

Qalan 25 bankdan 19-da kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

"Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç