2040-cı ilə qədər Bakıda iqtisadi artımla bağlı proqnoz açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

2040-cı ilə qədər Bakıda iqtisadi artımla bağlı proqnoz açıqlanıb

2040-cı ildə Bakıda istehsal olunan Ümumi Daxili Məhsulun (ÜDM) dəyərinin 2020-ci illə müqayisədə 78 % çox - 52 milyard manat olması hədəflənir.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənədə əsasən, 2019-cu ildə paytaxda 29,2 milyard manatlıq ÜDM istehsal edilib. 2020-2040-cı illərdə isə bu sektorda 22,8 milyard manat əlavə ÜDM istehsal olunacaq.

2040-cı ildə Bakıda ÜDM istehsalının əsas hissəsi mədənçıxarma sənayesi (15 %), peşəkar və maliyyə xidmətləri (11 %), turizm (10 %), ticarət (10 %) və nəqliyyat (8 %) sahələrinin payına düşəcək.

"Növbəti 20 ildə paytaxtda xarici investisiyaların məbləğinin 30,3 milyard ABŞ dolları, investisiya qoyuluşu üçün nəzərdə tutulan ərazilərin 24 min hektar olması nəzərdə tutulur", - Baş planda qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram