2025-ci ilədək dünyada 85 mln. işçi ixtisar oluna bilər | Banco.az

2025-ci ilədək dünyada 85 mln. işçi ixtisar oluna bilər

Dünya İqtisadi Forumu (World Economic Forum – WEF) 2025-ci ilədək qlobal əmək bazarında 85 mln. işçinin ixtisarlara məruz qalacağını və yeni 97 mln. iş yerinin yaradılacağını proqnozlaşdırır.

Bu barədə WEF-in "The Future of Jobs 2020" adlı hesabatında deyilir.

Qeyd olunub ki, 2020-ci ildə ixtisarların əsas səbəbi COVID-19 pandemiyasıdır və işlərini itirənlərin əksəriyyəti 15 sektoru əhatə edən 26 ölkədəndir. Eyni zamanda, robotlaşmanın sürətli inkişafı yeni mütəxəssislərə tələbatı dayanmadan yüksəldir və beləliklə 2025-ci il üçün 97 mln. yeni iş yerləri yaranacaq. Bu iş yerlərinin böyük hissəsi IT və "yaşıl" investisiyaların aktiv yatırıldığı sahələrin payına düşəcək.

Hesabata görə, hazırda qlobal əmək bazarında iş axtaranların ən böyük tələbatı proqramlaşdırma ("Python") və bulud hesablamaları ilə məşğul olan mütəxəssislərədir. Ümumiyyətlə, əmək bazarında ən aşağı işsizlik səviyyəsi biznes və IT sahələrində, ən yüksək işsizlik isə sosial elmlər və riyazi məntiq sahələrindədir. Bundan əlavə, pandemiya ilə əlaqədar olaraq, hazırda səhiyyədə də yeni işçilərə tələbat artır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et